Millimiz AÇ-də yarımfinal görüşünə çıxır

millimiz-ac-de-yarimfinal-gorusune-cixir
Oxunma sayı: 507

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gələcək.

"Tipos Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Yarımfinalın digər matçında isə Macarıstan və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüş isə saat 21:15-də start götürəcək.

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.