Estoniya və Latviyada hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Estoniya Silahlı Qüvvələri ölkənin bir neçə regionunun sakinlərinə hava məkanında təhlükə barədə məlumat verib.
İnsanlara dronlar görəcəyi təqdirdə sığınacaqlarda gizlənmək tövsiyə edilib.
Səhər saat 6 radələrində təhlükənin aradan qalxdığı bildirilib.
Eyni zamanda, Latviyanın Milli Silahlı Qüvvələri ölkənin Aluksne rayonunda elan edilmiş dron təhlükəsindən sonra Baltikyanı ölkələrin patrul xidmətini həyata keçirən NATO qırıcılarını döyüş hazırlığına gətirib.
Latviyanın hava məkanında mümkün təhlükə barədə vətəndaşların telefonlarına bildiriş göndərilib.
Həyəcan yerli vaxtla 04:59-dan 06:25-ə qədər davam edib.
Qeyd edək ki, ötən gecə Ukrayna Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətlərinə dron hücumu həyata keçirib. Hücumlar nəticəsində Rusiyanın Pskov və Kalininqrad hava limanları fəaliyyətini müvəqqəti dayandırmalı olub.

Son xəbərlər
Son Xəbərlər