Sərsəng su anbarından bu qədər əkin sahəsi suvarılacaq

serseng-su-anbarindan-bu-qeder-ekin-sahesi-suvarilacaq
Oxunma sayı: 522

“Bu il Sərsəng su anbarının 50 illiyidir. Anbar 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı əsasında inşa edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Ağdərəyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

İ.Quliyev bildirib ki, anbarın ümumi həcmi 560 mln. kub metrdir: “Normal dolma səviyyəsində su anbarının uzunluğu 11,76 km, eni 2 km, normal səviyyədə suyun dərinliyi 103 metrdir. Normal səviyyədə su güzgüsünün sahəsi 1346 hektardır. Su anbarı bəndinin hündürlüyü 125 metr, bəndin uzunluğu555,1 metr, bəndin üstdən eni 12 metrdir.

Sərsəng su anbarının bəndində Su Elektrik Stansiyası (SES) tikilib. Bu stansiyada ümumi gücü 50 MVt olan 2 ədəd turbin quraşdırılıb. Hər bir turbinin suburaxma qabiliyyəti 30 kubmetr/saniyə olmaqla SES-dən cəmi 60 kub metr/saniyə su buraxılır.

Bundan əlavə, suvarma məqsədilə çaya su buraxmaq üçün anbarın bəndində 6 ədəd siyirtmə də quraşdırılıb. Bu siyirtmələr vasitəsilə hər biri 5 kub metr/saniyə olmaqla Tərtər çayına cəmi 30 kub metr/saniyə su buraxmaq olur.

Su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 kub metr/saniyə miqdarında daşqın sularını Tərtərçaya axıtmaq nəzərdə tutulub. Sərsəng su anbarı Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlaxvə Ağcəbədi rayonlarının ümumilikdə 96 217 hektar əkin sahəsinə xidmət etmək üçün nəzərdə tutulub”.

Nuranə Daxilqızı