NATO-nun Baş katibi Mark Rutte Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna Dəmir Yollarının sosial şəbəkə hesabında Ruttenin paytaxtın vağzalında qarşılanmasının görüntüləri paylaşılıb.
“Bu gün Kiyev vağzalında NATO-nun Baş katibi Mark Rutteni sevinclə qarşılayırıq. Bu da əvvəlki səfərlər qədər son dərəcə vacibdir, çünki bu, həmrəylik və dəstək jestidir”, - məlumatda deyilir.

Son xəbərlər
Son Xəbərlər