İran Küveyt hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin rəsmi nümayəndəsi Səud əl-Ətvan dronların hava limanının birinci terminalında yerləşən sərnişin zalına hücum etdiyini bildirib.
“Binaya ciddi maddi ziyan dəyib, bir neçə nəfər yaralanıb ki, onlara lazımi tibbi yardım göstərilib”, - o deyib.
Hadisə ilə bağlı aeroportun fəaliyyəti dayandırılıb, uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilib.
Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Qəşm adasına hücumuna cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını raketlərlə hədəfə aldığını bəyan edib.
***
TASS-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, hücumla əlaqədar Küveyt ölkənin hava məkanını bir sutkalıq bağlayıb.
***
Küveyt Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, İranın Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi raket və dron hücumu nəticəsində bir nəfər ölüb.
Küveyt tərəfi hücumlara cavab vermək hüququnu özündə saxladığını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər