“Gələcəyə Doğru 2026” turniri keçirildi - Fotolar

geleceye-dogru-2026-turniri-kecirildi
Oxunma sayı: 234

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında suya tullanma üzrə “Gələcəyə Doğru” turniri baş tutub.

“Qafqazinfo” xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 23 idmançı 7 kateqoriya üzrə çıxış ediblər.

Turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə suya tullanma idman növünə olan marağın artırılması, kütləviliyin təmin edilməsi və bu sahədə gələcək vəd edən istedadlı idmançıların aşkar olunmasıdır.

Mükafatçılara ASF tərəfindən medallar, diplomlar və sertifikatlar təqdim olunub. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılardır:

Başlanğıc qrupu oğlanlar, 1 m hündürlükdən

1. Tamerlan Əliverdiyev 
2. Murad İsmayılzadə 
3. Timur Kardaş 

Başlanğıc qrupu qızlar, 1 m

1. Aişə Xəlil 
2. Aleksiya Səmədova 
3. Mila Samofal 

10 və daha kiçik yaş oğlanlar, 1 m

1. Muhəmməd Hüseynov
2. Əkrəm Əhmədov
3. Əkrəm İsmayılzadə

10 və daha kiçik yaş qızlar, 1 m

1. Mehri Ağayeva 
2. Sofiya Ağayeva 
3. Məryəm Beqova 

10 və daha kiçik yaş oğlanlar, 3 m

1. Muhəmməd Hüseynov 
2. Əkrəm Əhmədov 

10 və daha kiçik yaş qızlar, 3 m

1. Mehri Ağayeva 
2. Sofiya Ağayeva
3. Məryəm Beqova 

11 və daha böyük yaş qızlar, 1 m

1. Ayla Hüseynova
2. Alisa Hacıyeva
3. Suada Tahir 

11 və daha böyük yaş oğlanlar, 3 m

1. Tahir Maqsudlu

11 və daha böyük yaş qızlar, 3 m 

1. Ayla Hüseynova
2. Alisa Hacıyeva
3. Suada Tahir 

Platformadan tullanma, 11 və  daha böyük yaş oğlanlar: 

1. Maqsud Tahirli