Gələcəkdə NATO-nun baş katibi olmaq istəyir

gelecekde-nato-nun-bas-katibi-olmaq-isteyir
Oxunma sayı: 496

Böyük Britaniyanın istefa vermiş Baş naziri Kir Starmer gələcəkdə NATO-nun baş katibi postuna namizədliyini irəli sürməyi nəzərdən keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Observer” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, britaniyalı siyasətçi namizədliyini 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə vermək niyyətindədir.

Qeyd edək ki, hazırda bu vəzifəni Niderlandın keçmiş baş naziri Mark Rütte icra edir.

Mənbələr vurğulayır ki, Starmerin bu planlarının reallaşması üçün Böyük Britaniya rəhbərliyi tərəfindən onun namizədliyinə uzunmüddətli və davamlı dəstək təmin edilməlidir.