“Fransa və ya Burundi ilə qarşılaşmağımızın fərqi yoxdur” - Mərakeşin baş məşqçisi

fransa-ve-ya-burundi-ile-qarsilasmagimizin-ferqi-yoxdur
Oxunma sayı: 1331

“Fransa ilə dünya çempionatının 1/4 finalında və ya Burundi ilə yoldaşlıq oyununda qarşılaşmağımızın fərqi yoxdur. Hazırlıq metodumuzu dəyişmirik. Təhlil və hazırlıq prosesimiz həmişə eynidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərakeş millisinin baş məşqçisi Mohame Uahbi deyib. 

O, dünya çempionatının 1/4 finalında Fransaya qarşı keçirəcəkləri matçdan danışıb:

“Məhz bu ardıcıllıq oyunçulara inam və rahatlıq verir. Fransanı təəccübləndirəcək xüsusi planımız yoxdur. Onlarla hər sahədə rəqabət aparmaq istəyirik. Topa sahib olarkən səbirli olmalı, həm mərkəzdə, həm də cinahlarda yaranan boşluqlardan istifadə etməliyik. Qorxmadan oynayacağıq və meydanda 2000 faiz gücümüzü ortaya qoyacağıq. Yeganə məqsədimiz qalib gəlməkdir”.

Uahbi uğurlu turnir keçirdikləri barədə deyilən sözləri qəbul etmək istəmədiyini də sözlərinə əlavə edib: “İnsanlar deyəndə ki, artıq uğurlu turnir keçirmişik, bu mənim xoşuma gəlmir. Qiymətləndirmə turnir bitəndən sonra aparılmalıdır. Biz dünya çempionu olmaq istəyirik. Kiminsə “Fransa favoritdir” deməsinə qulaq asmırıq”.