Fransa-İraq matçı azarkeşsiz baş tuta bilər

fransa-iraq-matci-azarkessiz-bas-tuta-biler
Oxunma sayı: 550

DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçiriləcək Fransa-İraq matçının təşkilatçıları əlverişsiz hava şəraiti səbəbindən azarkeşlərə müraciət edərək stadiona gəlməməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Azarkeşlərə göndərilən rəsmi xəbərdarlıq mesajında qeyd olunub:

“Əgər regiondan kənardasınızsa, xahiş edirik, hazırda Filadelfiya stadionuna gəlməyin”.

Artıq arenanın yaxınlığında olan fanatlardan isə təcili olaraq ən yaxın sığınacaqlara keçmələri xahiş olunub.

Qeyd edək ki, Bakı vaxtı ilə iyunun 24-nə planlaşdırılan qarşılaşma Filadelfiyadakı “Linkoln Faynenşel Fild” stadionunda baş tutmalıdır.