Bakının əfsanəvi fayton ənənəsi müasir və ekoloji töhfə ilə yenidən canlanır.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə Dənizkənarı Milli Parkda ziyarətçilərə tamamilə fərqli bir istirahət ab-havası bəxş edən elektrik mühərrikli faytonların rəsmi təqdimatı keçirilib.
Paytaxtın keçmiş fayton mədəniyyətindən ilhamlanaraq ərsəyə gətirilən tarixi görünüşlü nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrutla hərəkət edir. Onlar sakinlərə və şəhərimizin qonaqlarına səssiz, komfortlu və ekoloji cəhətdən tamamilə zərərsiz bir gəzinti zövqü yaşadır.
Qeyd edək ki, bu innovativ addım paytaxtda dayanıqlı və yaşıl şəhər mühitinin formalaşdırılması strategiyasının bir hissəsidir. Müasir mühərriklə təchiz olunmuş retro faytonlar artıq sahilboyu ilk səyahətlərinə də başlayıblar.
Əməkdaşımız Xəyal Vəlizadənin Bakı Bulvarının o unudulmaz nostalji ruhunu bu günün texnologiyası ilə birləşdirən faytonlardan lentə aldığı özəl kadrları təqdim edirik:















Son xəbərlər
Son Xəbərlər