Ermənilər “Daş yuxular”ı “şah əsər” kimi təqdim etdi

ermeniler-das-yuxulari-sah-eser-kimi-teqdim-etdi
Oxunma sayı: 865

“Qafqazinfo” xəbər verir ki, müəllifin 1919-cu ildə Əylis kəndində erməni əhalisinin məhv edilməsi və Bakı, Sumqayıtda erməni qətliamının baş verdiyini əks etdirən əsərinə artıq bir sıra siyasi xadimlər, jurnalistlər münasibət bildirib.

Qeyd edək ki, “Daş yuxular” əsəri artıq erməni mətbuatının da gündəmindədir. “Ermənistanın səsi” azərbaycanlı yazıçının əsəri ilə bağlı məqalə və romandan hissələrə yer verib. Müəllif yazısını ixtisarla təqdim edirik:

“Drujba narodov” jurnalının dekabr nömrəsində roman-rekvyem – azərbaycanlı yazıçının tövbəsi dərc olunub. Əsərdə yazıçı Anadolu və Zaqafqaziya türkləri üçün zəruri olan həqiqəti cəsarətlə söyləyir.

Dörd il əvvəl, 2009-cu ilin fevralında mən “Open Armenia” istifadəçiləri ilə online müsahibəmdə bizim həqiqətləri tamamilə adekvat qəbul edən, o vaxtlar Milli Məclisin deputatı olan azərbaycanlı yazıçını müdrik və düşüncəli adlandıraraq onunla bağlı səmimiyyətlə danışdım.

Bu gün isə mənə xoşdur xəbər verim ki, “Drujba narodov” jurnalının dekabr nömrəsində bu görkəmli yazıçının “Kamenniye snı” roman-rekvyemi dərc olunub. Roman Azərbaycan SSRİ-də yaşayan ermənilərə həsr olunub və “Özlərindən sonra yas tutulmayan ağrı qoyan həmyerlilərimə həsr olunub” girişi ilə təqdim olunub. Bu təkcə rekvyem deyil, bu tövbədir.

Əkrəm Əylisli artıq 100 ildən artıqdır ki, Türkiyənin, iki onillikdir ki Azərbaycanın həll edə bilmədiyini etdi. O, həqiqəti dedi”.