Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Safiyə Həsənova Dubayda biznes qurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, S.Həsənova bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.



Son xəbərlər
Son Xəbərlər