“Əhvalım gözlədiyimdən də yaxşıdır”

ehvalim-gozlediyimden-de-yaxsidir
Oxunma sayı: 1443

Komediyaçı Deniz Göktaş saxlanılmasının ikinci günündə təcridxanadan vəkili vasitəsilə mesaj göndərib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, vəziyyətinin gözlədiyindən daha yaxşı olduğunu deyib.

“Əhvalım gözlədiyimdən də yaxşıdır. Dünya Çempionatına baxıram. Buradakı ən böyük problemim turnirdə qolların sayının az olmasıdır. Argentinanı dəstəkləyirəm. Bununla bağlı yeni podkast da yazmağa başladım”, - komediyaçı bildirib.

Xatırladaq ki, Deniz Göktaş müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında dediyi sözlərə görə saxlanılıb.