Əfqanıstan vətəndaşları sərhədimizi pozmağa cəhd etdi - Foto

efqanistan-vetendaslari-serhedimizi-pozmaga-cehd-etdi
Oxunma sayı: 156

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.