Dünya çempionunun 7 yaşlı oğlu Kıvança adrenalin yaşatdı - Video

dunya-cempionunun-7-yasli-oglu-kivanca-adrenalin-yasatdi
Oxunma sayı: 1016

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ motosiklet yarışları üzrə dünya çempionu Kenan Sofuoğlunun 7 yaşlı oğlu Zayn Sofuoğlu ilə bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Z. Sofuoğlu sosial şəbəkə hesabında paylaşım edib. 

Aktyor müxtəlif avtomobil və motosikletlər idarə etməsi ilə tez-tez gündəmə gələn Zayna zarafatla “Zayn, xahiş edirəm mənə yazığın gəlsin”, - deyib.

Bu zaman Zayn nəqliyyat vasitəsini iki təkər üzərində balanslaşdıraraq adrenalin dolu anlar nümayiş etdirib.

Onun yanında əyləşən Kıvanç Tatlıtuğun həm həyəcanlı, həm də bir qədər narahat görünməsi isə diqqətdən yayınmayıb.

5,2 milyon izləyicisi olan sosial media hesabında videonu paylaşan Zayn Sofuoğlu bu sözləri yazıb: “Nəfəs kəsən həmin anlarda belə dəyişməyən yeganə şey Kıvanç Tatlıtuğun aurasıdır”.

Sözügedən görüntüləri təqdim edirik: