Dostluqları sınaqdan keçir? - Video

dostluqlari-sinaqdan-kecir
Oxunma sayı: 691

Polşa Ukrayna arasında son aylarda müşahidə olunan gərginlik iki ölkənin strateji tərəfdaşlığının gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, iki müttəfiq qonşu olan bu dövlətlərin zədələnən münasibətləri haqda “AnewZ” telekanalı geniş reportaj hazırlayıb.

Videomaterialda qeyd olunur ki, iki dövlətin Rusiyaya qarşı həmrəyliyi öz mövcudluğunu qoruyub saxlasa da, əvvəlki dövrlərə nisbətən xeyli zəifləyib.

Münasibətlərdəki əsas fikir ayrılıqlarından biri iqtisadi sahədə ortaya çıxıb. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı ətrafında yaranan mübahisələr tərəflər arasında narazılığı artırıb.

Qeyd edilib ki, 2024-cü ildə Polşa fermerləri Ukraynadan idxal olunan taxıl və digər kənd təsərrüfatı məhsullarına etiraz olaraq sərhəd keçidlərində aksiyalar keçirib və yük daşımalarını məhdudlaşdırıb.

Ukrayna tərəfi bu addımların müharibə şəraitində fəaliyyət göstərən yerli fermerlərə əlavə iqtisadi təzyiq yaratdığını bildirib.

Polşa isə qərarların Ukraynaya qarşı deyil, daxili bazarın və yerli istehsalçıların qorunması məqsədi daşıdığını vurğulayıb.

Bununla yanaşı, münasibətlər ətrafında tarixi mövzular da yenidən müzakirə edilir. Bəzi siyasi və ictimai dairələrdə regionun keçmiş siyasi quruluşları və tarixi təsir zonaları barədə müzakirələr aparılır. Xüsusilə Qərbi Ukrayna bölgələri ilə bağlı tarixi yanaşmalar zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Siyasi şərhçilər isə vurğulayır ki, hazırkı vəziyyət Polşa–Ukrayna münasibətlərinin sona çatması deyil, daha çox müharibə dövründə formalaşan yaxınlığın yeni mərhələyə keçidi kimi qiymətləndirilir.

Vurğulanır ki, tərəflər arasında strateji əməkdaşlıq davam etsə də, iqtisadi maraqlar və tarixi yaddaş münasibətlərin gələcək dinamikasına təsir göstərməyə davam edəcək.

Daha ətraflı reportajda: