Deniz Baysal boşanır - 7 illik evlilik bitir

deniz-baysal-bosanir
Oxunma sayı: 466

Türkiyəli aktrisa Deniz Baysal musiqiçi əri Barış Yurtçudan boşanır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baysal artıq bununla bağlı İstanbul Ədliyyəsinə müraciət edib.

O, fikir ayrılıqları və qarşılıqlı laqeydliyi əsas göstərməklə boşanma iddiası qaldırıb. Aktrisanın yaşadığı evi də tərk etdiyi bildirilir.

Məlumata əsasən, Deniz Baysal əvvəlcə həyat yoldaşı ilə qarşılıqlı razılıq əsasında boşanmaq istəyib.

Lakin Barış Yurtçu boşanmağa razılıq vermədiyi üçün proses çəkişməli məhkəmə işinə çevrilib.

Cütlük 2019-cu ilin sentyabrında ailə həyatı qurmuşdu.

Qeyd edək ki, Deniz Baysal bir sıra məşhur ekran işlərində rol alıb. O, hazırda “Taşacak Bu Deniz” serialında “Esme” obrazına həyat verir.