DÇ-də atışma - Ölən və yaralanan var

dc-de-atisma
Oxunma sayı: 1120

ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında atışma olub.

 “Qafqazinfo” xəbər verir ki, San-Xose şəhərindəki San-Pedro meydanında baş verən hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. 

Polis hadisə barədə açıqlama verib: “Bir zərərçəkən hadisə yerində ölüb, ikinci zərərçəkən isə həyati təhlükə yaradan xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb”.

Həmçinin hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.