Daha çıxmamış rekord qırdı - 1 günə 3 milyard qazandılar

daha-cixmamis-rekord-qirdi
Oxunma sayı: 903

“Rockstar Games” şirkətinin ən çox gözlənilən layihəsi olan “Grand Theft Auto VI” (GTA 6) rəsmi təqdimatından əvvəl yeni bir rekorda imza atıb.

“Qafqazinfo” “App” nəşrinə istinadla xəbər verir ki, oyun dünya miqyasında artıq 39 milyondan çox ön sifariş (pre-order) toplayıb.

Məlumata görə, bu, şirkət üçün təxminən 3 milyard dollardan çox gəlir deməkdir.

Bildirilir ki, rəsmi satışlar başladıqdan sonra ön sifarişlərin ilk dalğası 1 saatdan da az müddətdə tamamilə tükənib. Oyunun “Standard Edition” versiyası 79,99 dollar (136 AZN), “Ultimate Edition” versiyası isə 99,99 dollara (170 AZN) təklif olunur. Genişləndirilmiş versiyanı (Ultimate) əldə edən oyunçular eksklüziv avtomobillər, silahlar, geyimlər və əsas qəhrəmanlar – Ceyson (Jason) və Lusiya (Lucia) ilə bağlı əlavə məzmunlar əldə edəcəklər. Noyabrın 20-nə qədər ön sifariş edən hər kəsə “Vintage Vice City Pack” dəsti, rəqəmsal versiyanı alanlara isə 1 aylıq “GTA+” abunəliyi hədiyyə olunacaq.

Qeyd edək ki, “GTA VI” seriyanın sonuncu oyunu olan “GTA V”in (2013) çıxışından 13 ildən çox vaxt keçdikdən sonra gələn ilk yeni hissə olacaq. Oyundakı hadisələr Mayaminin uydurma analoqu olan Vays-Siti (Vice City) şəhərində və Florida ştatından ilhamlanaraq yaradılmış Leonida ştatında cərəyan edəcək.

Məlumata görə, “Rockstar Games” oyunun hazırlanmasına 2 milyard dollara yaxın vəsait xərcləyib ki, bu da layihəni oyun tarixinin ən baha başa gələn məhsullarından birinə çevirir. Fotorealistik qrafika, təkmilləşdirilmiş süni intellekt və nəhəng açıq dünya vəd edən “GTA VI”ın əyləncə sənayesi tarixinin ən böyük startı olacağı gözlənilir.