Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video

dagintilar-altinda-5-ci-gun
Oxunma sayı: 307

Venesuelada baş vermiş zəlzələnin 5-ci günü sonra dağıntılar altından ana və 9 aylıq körpəsi xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə xilasetmə anının görüntüləri yayılıb. 

Məlumata görə, həm ana, həm də körpəsi yalnız yüngül xəsarətlər alıblar. 

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1430 nəfər ölüb, daha 3238 nəfər xəsarət alıb. Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfərin dağıntılar altından sağ çıxarıldığını açıqlayıb.