Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı - Yenilənib

ceyhun-bayramov-ozbek-hemkari-ile-bunlari-danisdi
Oxunma sayı: 487

Xarici işlər naziri Ceyhun Bayramovla özbək həmkarı Baxtiyar Saidov arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, danışıq zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib:

“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, habelə, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”.

***

Azərbaycan Xarici İşlər Nazirliyi məlumatına görə, bu gün xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.