Cəbrayılda maşın aşdı - Sürücü öldü+Foto

cebrayilda-masin-asdi
Oxunma sayı: 1675

Cəbrayıl rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində sürücü Elşən Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı