Çağatay sevgilisi ilə toyda - Fotolar

cagatay-sevgilisi-ile-toyda
Oxunma sayı: 21

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy və aktrisa Aslıhan Malbora uzun müddətdir davam edən münasibətlərini bu dəfə qatıldıqları toy mərasimində nümayiş etdiriblər.

“Qafqazinfo” xəbər verir ki, “Eşref Rüya” serialındakı performansı ilə gündəmdə olan Ulusoy və “Kübra” serialının çəkilişləri zamanı tanış olduğu Malbora şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verirlər.

Cütlük toy mərasimində səmimi görüntüləri ilə diqqət çəkib.

Malboranın sosial şəbəkə hesabında paylaşdığı fotolar qısa müddətdə maraq doğurub.

Qeyd edək ki, “Eşref Rüya” serialının final qərarı ilə bağlı müxtəlif iddialar da gündəmdədir. Sosial mediada Aslıhan Malboranın tez-tez çəkiliş meydançasına getməsinin serialın taleyinə təsir etdiyi irəli sürülsə də, aktrisa bu iddiaları qəti şəkildə təkzib edib.

Malbora yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini vurğulayaraq, belə böyük bir layihənin yekunlaşmasının onunla əlaqələndirilməsinin əsassız olduğunu deyib.