İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının yarımfinalında bu gün Fransaya qarşı keçirəcəkləri matçdan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, favorit sayılmağın əhəmiyyəti olmadığını bildirib:
“Mən əvvəldən demişəm ki, insanların bizi favorit hesab edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Bu, oyunun nəticəsini müəyyənləşdirməyəcək və bizə əlavə təzyiq yaratmır. Fransanı çox ətraflı təhlil etmişik. Bir-birimizə qarşı dəfələrlə oynamışıq və bir-birimizi yaxşı tanıyırıq. Onların dünya səviyyəli futbolçuları var, bizim də. Mübarizələrdə üstün olmağa, oyunun təşəbbüsünü ələ almağa və öz futbol üslubumuza sadiq qalmağa çalışacağıq”.
Qeyd edək ki, Fransa – İspaniya matçı bu gün saat 23:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər