Bu titula sahib ilk qadın güləşçimiz oldu

bu-titula-sahib-ilk-qadin-gulescimiz-oldu
Oxunma sayı: 190

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

“Qafqazinfo” Güləş Federasiyasına istinadən xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.