Bu ərazilərdə qaz olmayacaq

bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 1553

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.