Bu dəfə Haaland “dirijorluq” etdi - Video+Fotolar

bu-defe-haaland-dirijorluq-etdi
Oxunma sayı: 1891

Norveç milli komandası dünya çempionatının 1/8 finalında Braziliya üzərində 2:1 hesablı qələbəni məşhur vikinqlərin avarçəkmə hərəkəti ilə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, futbolçular meydanda, azarkeşlər isə tribunada bu hərəkəti təkrarlayıb.

Bu dəfə futbolçulara oyunda 2 qol vuran Erlinq Haaland “dirijorluq” edib. Həmişə isə bunu kapitan Martin Edeqor yerinə yetirirdi.