Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş maraqlı anlarla yadda qalıb.
Belə ki, Donald Tramp diqqəti həmkarının çox astadan danışmasına yönəldib.
“Kimsə onun səsini eşidir? Əgər bu qədər varlısınızsa, özünüzə o qədər inamlı olursunuz ki, səsinizi yüksəltməyə də ehtiyac olmur”, - dövlət başçısı zarafatla deyib.
Trampın bu sözləri zalda gülüşə səbəb olub. BƏƏ Prezidenti isə sanki bir anlıq tutulub və gülməyib.
Son xəbərlər
Son Xəbərlər