“Böyük məsuliyyətimiz var” - Valdas Dambrauskas

boyuk-mesuliyyetimiz-var
Oxunma sayı: 1402

“Keçən mövsümlə bu mövsümü müqayisə etməli olsaq, düşünürəm ki, klub olaraq bir addım daha qabaqdayıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS (Uels) oyunundan öncə təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. 

O bildirib ki, klubun qarşısında böyük bir məsuliyyət var: “Yeni futbol mövsümünün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Biz Azərbaycanı Avropada təmsil edəcəyik. Bu böyük bir şərəfdir. İki həftə Avstriyada təlim məşq toplanışı keçirdik. Komandanın hazırlıq səviyyəsi yaxşıdır. Nəticəni biz seçə bilmərik amma sabah meydanda əlimizdən gələni edəciyik. Mən deyə bilərəm ki, biz təlim məşq toplanışların da güclü rəqiblərlə qarşılaşdıq. Bu günə qədər 21 məşqimiz olub. Ümumi götürsək, oyunçularımız mən istəyən səviyəyə yaxındır. Yəni transferlərin komandaya adaptasiya olması üçün çalışırıq”.

Litvalı məşqçi bildirib ki, TNS rəqiblərini 20 xal qabaqlayaraq qalib olublar: “TNS çox təcrübəli komandadır. Rəqibdəki bəzi futbolçular uzun müddətdir komandadırlar. Onların çox təcrübəli oyunçuları var ki, hər bir səhvi qolla nəticələndirə bilirlər. Ümumilikdə onlar hər oyuna qələbə üçün çıxırlar. Lakin biz rəqibə deyil, öz oyunumuza baxmalıyıq. Biz 100 faizimizdən də artığını ortaya qoymalıyıq və rəqibə qarşı oyunda əsl çempion kimi davranmalıyıq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – TNS (Uels) oyunu sabah saat 20:00-da start götürəcək.