“Biz hakimə qarşı oynamayacağıq” - Deşam

biz-hakime-qarsi-oynamayacagiq
Oxunma sayı: 1428

Fransa millisinin baş məşqçisi Didye Deşam bu gecə dünya çempionatının 1/4 finalında Mərakeşə qarşı keçirəcəkləri matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, rəqibi keyfiyyətli komanda adlandırıb:

“Mərakeşə böyük hörmətlə yanaşırıq. Onlar bu mərhələyə təsadüfən yüksəlməyiblər. Çox keyfiyyətli komandadırlar, topa yaxşı nəzarət edirlər, intizamlı oynayırlar və rəqiblərinə çətin anlar yaşadırlar. Biz onları məğlub etmək istəyiriksə, ən yaxşı oyunumuzu nümayiş etdirməliyik. Hücumda daha səmərəli olmalıyıq. İndiyədək kifayət qədər qol vurmuşuq, amma yaratdığımız imkanlardan daha yaxşı istifadə edə bilərik. Belə oyunlarda hər epizod həlledici ola bilər”.

Təcrübəli  mütəxəssis son oyunlarda qalmaqallı hakim qərarlarından sonra matçın referisinin kimliyinin əhəmiyyət daşımadığını bildirib: “Hakimin kim olması məni narahat etmir. Biz hakimə qarşı oynamayacağıq, Mərakeşə qarşı oynayacağıq. Hakimin işi qaydaları tətbiq etməkdir və ümid edirəm ki, bunu ən yaxşı şəkildə edəcək”.

O, kapitan Kilian Mbappenin durumundan da söz açıb: “Kilian Mbappe tam diqqətini oyuna yönəldib. O, psixoloji baxımdan hazırdır və komanda üçün vacib rol oynamağa hazır vəziyyətdədir”.

Qeyd edək ki, Fransa – Mərakeş oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.