Azərbaycanın tarixi və mədəni irsini əks etdirən fotolar Türkmənistanın Arkadağ şəhərində təşkil olunan “Azərbaycan — obyektivdən tarixə” sərgisində nümayiş etdirilib.
“Qafqazinfo” xəbər verir ki, təqdimatda Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi şair İlqar Fəhmi və digər ədəbi-elmi xadimlər, mədəni ictimaiyyət və media mənsubları iştirak ediblər.
Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Türkmənistanda Azərbaycan Mədəniyyət Günlərinin yüksək səviyyədə təqdimatından söz açıb.
Nazir müavini mədəniyyət günlərinin ölkənin həm Aşqabaq, həm də Arkadağ şəhərlərində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov isə, öz növbəsində, iki xalq arasında mədəni əlaqələrin inkişaf etməsindən, qarşılıqlı mədəniyyət günlərinin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməsindən bəhs edib.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman jurnalistlərə açıqlamasında fotosərgi barədə ətraflı məlumat verib.
Amira Süleyman təqdim olunan sərgidə həm Azərbaycanın müasir memarlığının, həm də azad olunmuş ərazilərdəki tarixi-mədəni irsin, bərpa-quruculuq işlərinin əks olunduğunu qeyd edib.
Ardınca qonaqlar sərgi ilə tanış olublar.
Lamiyə Məmmədova








Son xəbərlər
Son Xəbərlər