Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

aysel-sukurovanin-kecmis-eri-hebs-edildi
Oxunma sayı: 5387

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürovanın eks-həyat yoldaşı aliment öhdəliklərini yerinə yetirmədiyinə görə həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Şükürova özü məlumat paylaşıb.

O bildirib ki, keçmiş əri Oqtay Əhmədov barədə qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunub.

Aliment borcunun ödənilməməsi ilə bağlı məhkəmə icraatı aparılıb və nəticədə Oqtay Əhmədov barəsində 10 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, illər əvvəl A.Şükürovanın O.Əhmədovla dəbdəbəli toyu böyük rezonansa səbəb olmuşdu. Onların bu evlilikdən əkiz oğlu var.