Atəşkəs barədə razılığa gəldilər

ateskes-barede-raziliga-geldiler
Oxunma sayı: 1542

İsrail və Livanın “Hizbullah” şiə hərəkatı atəşkəs razılaşması əldə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanmış saziş artıq qüvvəyə minib. “Hizbullah”a yaxın mənbələr razılaşmanın əldə olunduğunu təsdiqləyib.

Bundan əlavə, N12 xəbər kanalı İsrail mənbəsinə istinadən tərəflərin atəşkəsin qüvvəyə minməsi ilə bağlı razılığa gəldiyini bildirib.