Böyük Britaniyanın Baş naziri Kir Starmerin daxili siyasətdəki uğursuzluqlarından sonra heç bir dostu qalmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya parlamentinin Lordlar Palatasının Mühafizəkarlar Partiyasından olan üzvü Riçard Balf bildirib.
“Baş nazirin artıq dostu qalmayıb... Daxili problemlərin öhdəsindən gəlmək heç onun işi deyil”, – deyə Balf qeyd edib.
Lord əlavə edib ki, Starmer, əslində, insan hüquqları üzrə vəkildir:
“O, siyasətə təsadüfən gəlib çıxıb və qarışdığı daxili siyasət məsələlərinin böyük əksəriyyətində uğursuzluğa düçar olub”.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün səhər saatlarında vəzifəsindən istefa verib. O, qərarı barədə Kral III Çarlza məlumat verib.
Son xəbərlər
Son Xəbərlər