Argentinanın Dünya Çempionatını qazanmaq şansı qiymətləndirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Betonmobile” hesabat yayıb.
“Opta” superkompüteri Argentinanın turnirdə qalib gəlmək ehtimalını yarımfinalçılar arasında ən aşağı səviyyədə – 20,55% olaraq müəyyən edib. “Opta”nın məlumatına görə, ən yüksək qalibiyyət şansına Fransa malikdir. Fransa komandasının qələbə ehtimalını 34,05% kimi hesablanıb. İspaniyanın şansı 23,45%, İngiltərənin şansı isə 21,94% təşkil edir.
Qeyd edək ki, yarımfinalda Argentina İngiltərə ilə 15 iyul qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər