Aqibətləri eyni oldu, amma biri fərqləndi - Fotolar

aqibetleri-eyni-oldu-amma-biri-ferqlendi
Oxunma sayı: 91

2026-cı il FIFA Dünya Kuboku təkcə bir sıra milli komandaların turnirlə erkən vidalaşması ilə deyil, həm də bir neçə tanınmış baş məşqçinin vəzifəsindən ayrılması ilə yadda qaldı.

“Qafqazinfo” xəbər verir ki, uğursuz nəticələrdən sonra altı milli komandada məşqçi dəyişikliyi rəsmiləşib.

Turnirdə gözləntiləri doğrulda bilməyən Uruqvay millisinin baş məşqçisi Marcelo Bielsa, Niderland yığmasının çalışdırıcısı Ronald Koeman, Cənubi Koreya millisinin baş məşqçisi Hong Myung-bo, Şotlandiya yığmasının çalışdırıcısı Steve Clarke və Çexiya millisinin baş məşqçisi Miroslav Koubek vəzifələrindən istefa verdiklərini açıqlayıblar. Təcrübəli mütəxəssislər uğursuz çıxışın məsuliyyətini üzərlərinə götürərək komandaları ilə yollarını ayırıblar.

Bu siyahıda fərqlənən yeganə ad isə Sabri Lamouchi olub. Qətər millisinin baş məşqçisi turnir davam edərkən rəhbərlik tərəfindən istefaya göndərilib. Beləliklə, Lamouchi Dünya Kuboku başa çatmadan postunu itirən yeganə çalışdırıcı kimi tarixə düşüb.

Xüsusilə Ronald Koeman və Marcelo Bielsanın istefası futbol ictimaiyyətində geniş rezonans doğurub. Hər iki mütəxəssisin komandalarından ən azı dörddəbir final mərhələsinə yüksəlmək gözlənilsə də, erkən uğursuzluq federasiyaların gələcək planlarını dəyişməsinə səbəb olub.

Şotlandiya millisində uzun illər çalışan Steve Clarke da Dünya Kubokundakı uğursuz nəticələrdən sonra dövrünün başa çatdığını bildirib. Cənubi Koreyada Hong Myung-bo, Çexiyada isə Miroslav Koubekin ayrılığı milli komandaların yenidən qurulması prosesinin başlanğıcı kimi qiymətləndirilir.