“Bakı şəhərində, bölgələrdə xeyli sayda repetitorlarımız var ki, onların aylıq orta gəliri ölkədə olan orta əməkhaqqıdan qat-qat yuxarıdır. Belə adamların sayı az deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, bizdə 90-cı illərdən yazıq müəllim anlayışı, imici qalıb ki, müəllim yazıqdır. Əslində müəllimə yazıq kimi baxılmamalıdır: “Mənə görə müəllim yazıq deyil, peşəkardır. Müəllim bacarıqlıdır, gəlin o psixikanı dəyişək. Biz nə qədər müəllimimizi özümüz, müəllim özü, ətrafdakı insanlar yazıq adam kimi təqdim edəcəksə, müəllim də özünü yazıq görəcək, deyəcək yazığam axı mənə bir güzəşt edin.
Elə yazıq adamdan hələ hörmətli nəsil necə yetişdirəcəksiniz? Ona görə müəllim yazıq deyil, mənim anlayışımda bizim müəllimlərimiz qürurlu insanlardır. Ona görə o yazıqlıq məsələsi, məncə, keçmişdə qalıb artıq, növbəti nəsil müəllimlərimiz özlərini yazıq kimi görməməlidirlər. Çünki müəllim niyə yazıq olsun ki? İş yeri var, əməkhaqqısı var, uşaqlarla işləyir, ölkə üçün çox faydalı bir işlə məşğuldur. Ətrafdakılar da onlara yazıq kimi baxmamalıdırlar. Müəllimin əməkhaqqısı ölkədə aşağı məbləğ deyil. Bunu rəqəmlərlə göstərə bilərik”.
Gülnar Əliyeva
“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
Son xəbərlər
Son Xəbərlər