Türk dünyasının musiqi və rəqs ənənələri bir səhnədə - Fotolar

turk-dunyasinin-musiqi-ve-reqs-eneneleri-bir-sehnede
Oxunma sayı: 259

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” rəngarəng konsert proqramı ilə davam edib.

“Qafqazinfo” xəbər verir ki, gecə Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi “Uzundərə” xalq rəqsi ilə başlayıb.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən gələn rəqs kollektivləri səhnəyə çıxaraq milli rəqslər və folklor nümunələri ilə öz ölkələrinin zəngin mədəni irsini tamaşaçılara təqdim ediblər. Konsertdə, həmçinin Azərbaycanın və Türk dünyasının tanınmış ifaçıları çıxış ediblər. Müxtəlif dillərdə səslənən mahnılar Türk xalqlarının ortaq mədəni dəyərlərini, zəngin musiqi ənənələrini və qardaşlıq ruhunu əks etdirib. Proqram boyunca səhnədə müxtəlif ölkələrin milli geyimləri, rəngarəng musiqi nömrələri və ənənəvi rəqsləri nümayiş olunub. Tədbiri izləyən yüzlərlə sakin və şəhər qonağı çıxışları alqışlarla qarşılayıb. Gecə boyu nümayiş olunan rəqslər və səsləndirilən musiqi nömrələri tamaşaçılara Türk dünyasının mədəni rəngarəngliyini, ortaq köklərini və mənəvi birliyini bir daha nümayiş etdirib.

Lamiyə Məmmədova