Niyazi Bayramov poliqonda aparılan işlərə baxış keçirdi - Fotolar

niyazi-bayramov-poliqonda-aparilan-islere-baxis-kecirdi
Oxunma sayı: 687

Gəncə şəhər bərk məişət tullantıları poliqonunda abadlıq, yaşıllaşdırma və infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əraziyə baxış keçirib.

“Qafqazinfo” xəbər verir ki, poliqonda 10 hektara yaxın ərazi məişət tullantılarından təmizlənib, 7 min ağac və ting əkilib.

Bundan əlavə, işçilərin istifadəsi üçün modul tipli bina inşa olunub, artezian quyusu qazılıb, 75 kubmetr tutumlu su anbarı tikilib.Ərazidə nəzarət-buraxılış məntəqəsi də inşa edilib, həmçinin bütün poliqon üzrə üfüqi planlaşdırma işləri həyata keçirilib.

Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Poliqonda aparılan işlər müxtəlif ekspertlər tərəfindən qiymətləndirilib və müsbət rəy verilib.

Qeyd edək ki, poliqon ötən əsrin 60-cı illərində 25 hektar ərazidə yaradılıb.