Hipotoniya (aşağı qan təzyiqi) zamanı arterial təzyiqi təkcə dərman vasitələri ilə deyil, digər yollarla da qaldırmaq mümkündür.
“Qafqazinfo” xəbər verir ki, rusiyalı terapevt-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin bunun üsullarını açıqlayıb.
Həkim ilk növbədə gün ərzində qəbul edilən suyun miqdarını artırmağı tövsiyə edib. Onun sözlərinə görə, su damar divarlarına təzyiq edərək qan axınını sürətləndirir. Mayenin bədəndə ləngiməsi üçün isə duz köməyə çatır:
“Duzlu xiyar, siyənək balığı, çips – tərkibində duz olan hər şey bu zaman faydalıdır. Duzlu qara çörək və ya tərkibində yüksək miqdarda duz olan mineral sular da bədənə müsbət təsir göstərəcək”, - deyə mütəxəssis izah edib.
Ekspert qeyd edib ki, tərkibində kofein olan məhsullar – kakao, kofe və çay da təzyiqi qısamüddətli olaraq normallaşdıra bilər.
Son xəbərlər
Son Xəbərlər