Ankaradakı sammitdə 56 min təhlükəsizlik əməkdaşı xidmət aparacaq

ankaradaki-sammitde-56-min-tehlukesizlik-emekdasi-xidmet-aparacaq
Oxunma sayı: 286

Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Polis İdarəsinin rəis müavini Arif Hakan Tandoğan bildirib.

Onun sözlərinə görə, zirvə zamanı 49 min polis və 7 minə yaxın jandarm olmaqla ümumilikdə təxminən 56 min təhlükəsizlik əməkdaşı xidmət aparacaq.

Tandoğan bildirib ki, indiyədək 900-ə yaxın yoxlama keçirilib, liderlərin qalacağı və tədbirlərin keçiriləcəyi ərazilərdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bütün proses xüsusi yaradılmış böhran mərkəzlərindən və süni intellekt dəstəkli müşahidə sistemləri vasitəsilə izlənəcək.

O qeyd edib ki, şəhərdə həyat adi qaydada davam edəcək. Yalnız dövlət başçılarının kortejləri hərəkət edən zaman bəzi yollar qısa müddətə bağlanacaq və nəqliyyat alternativ marşrutlara yönləndiriləcək.