Ağdamda dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirilib - Fotolar

agdamda-dovlet-qulluqcularinin-pese-bayramina-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 61

Ağdam rayon Heydər Əliyev Mərkəzində 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və vəfat etmiş dövlət qulluqçularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək Prezident İlham Əliyevin imzaladığı 25 may 2006-cı il tarixli Sərəncamla hər il 23 iyunun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilməsindən, 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulmasından, bu sahədə kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yerindən, Azərbaycanın müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirməsindən bəhs ediblər.

Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilib.