79 motosiklet və moped saxlanılıb - Tədbirlər davam edir

79-motosiklet-ve-moped-saxlanilib
Oxunma sayı: 1231

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər DYP İdarəsindən məlumat verilib. 

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində idarə tərəfindən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

“Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib. Sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib”, - məlumatda qeyd olunub.