“ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.
Əraqçi açıqlamasında ABŞ-nin hərbi təzyiqlərlə İranın iradəsini sınağa çəkməyə çalışdığını qeyd edib.
“Döyüş meydanındakı uğursuzluqlarına baxmayaraq, ABŞ qətiyyətimizi sınamaq qərarına gəlib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, – deyə iranlı nazir vurğulayıb.
O, həmçinin ABŞ-yə açıq xəbərdarlıq edib: “Təhlükəsizlikdə olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-yə məxsus “Apache” hücum helikopterini vurmasını əsas gətirərək, buna cavab olaraq İrana qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər