DÇ-2026-nın D qrupunda yer alan ev sahibi ABŞ yığması Avstraliya millisini 2:0 hesabı ilə məğlub edərək turnirdə ardıcıl ikinci qələbəsini qazanıb.
“Qafqazinfo” xəbər verir ki, qrupun ikinci turu çərçivəsində baş tutan qarşılaşma ABŞ-nin Sietl şəhərindəki eyniadlı stadionda baş tutub.
ABŞ komandasına inamlı qələbəni gətirən qolları 11-ci dəqiqədə avstraliyalı müdafiəçi Kameron Berces (öz qapısına) və 43-cü dəqiqədə Aleks Friman vurublar.
Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran ABŞ yığması D qrupunda liderliyini qoruyub və pley-offa yüksəlib. Avstraliya isə 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə milli komandasının da yer aldığı qrupun digər matçında Türkiyə və Paraqvay yığmaları üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər