Bruno Gimaraynş 40 il sonra dünya çempionatında bir matçın əsas vaxtında penalti qaçıran ilk braziliyalı olub.
“Qafqazinfo” xəbər verir ki, Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
Bununla da o, “sambaçılar”ın tarixinə düşüb.
Bundan əvvəl sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər