38 yaşlı qadını “tok” vurub öldürdü

38-yasli-qadini-tok-vurub-oldurdu
Oxunma sayı: 1166

Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev