1 yaş “qocalması” üçün bütün komanda çalışdı - Foto

1-yas-qocalmasi-ucun-butun-komanda-calisdi
Oxunma sayı: 102

64 yaşlı dünyaşöhrətli aktyor Tom Kruz yeni filmində 65 yaşında görünmək üçün ağır qrim olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor rejissor Alexandro Q. İnyarritunun “Digger” adlı yeni qara yumorlu komediya filmində rol alıb.

Məlumata görə, aktyor bu rolu 40 illik karyerasının ən böyük sınağı adlandırıb. Sosial şəbəkələrdə isə aktyorun cəmi 1 yaş yaşlandırılması üçün bütöv bir komandanın çalışması böyük maraqla qarşılanıb.

Amerikalı aktyor yaşından xeyli cavan görünməsi ilə diqqət çəkir.

Qeyd edək ki, filmin ilk treyleri artıq yayımlanıb. Ekran işi oktyabrın 2-də kinoteatrlarda nümayiş olunacaq.