“Zirə” də bu gün cavab oyununa çıxır

zire-de-bu-gun-cavab-oyununa-cixir
Oxunma sayı: 497

“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda “Torpedo” ilə üz-üzə gələcək.

Kutaisidəki “Şengeliya Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann”(Litva) – “Payde” (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)

Baş hakim: Mihali Kapray.

İlk oyun - 0:3.