“Ya razılaşma əldə edəcəyik, ya da işi bitirəcəyik” - Tramp

ya-razilasma-elde-edeceyik-ya-da-isi-bitireceyik
Oxunma sayı: 1580

“Ya razılaşma əldə edəcəyik, ya da işi bitirəcəyik. Və işi bitirmək çətin olmaz”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Tramp İranla bağlı vəziyyəti şərh edərkən bunları qeyd edib:

“Mən razılaşma əldə etməyə üstünlük verərdim, çünki 91 milyon insana təsir etmək istəmirəm. Biz onların körpülərini bir saata məhv edə bilərik. Biz onların enerji təchizatını, tikdikləri bütün o gözəl böyük obyektləri sıradan çıxara bilərik...”, - deyə ABŞ lideri deyib.